Xoşbəxtlik paylaşılınca çoxalırmış! - Aqşin Yenisey yazır
İlk hərfindən son hərfinə qədər yalan! İstehlak tələsi.
Birincisi, paylaşılan xoşbəxtliyin özü deyil, görüntüsüdür. İnsan özünü özündən dəyərli bildiyi şeylərlə ifadə edir. Bu paylaşımların mesajı budur: önəmli olan mən deyiləm, paylaşdığımdır.
Kimi səyahət etdiyi məkanı, kimi yediyi yeməyi, kimi aldığı şalvarı və s. paylaşmaqla xoşbəxtliyini çoxaltdığı düşünür.
Xoşbxəxtlik insanın özündən dəyərli bildiyi bir şeyi əldə etdikdə yaşadığı duyğudur.
Bu duyğu başqalarını da xoşbəxt edə bilərmi? Əksinə, paylaşılan xoşbəxtlik ətrafda daha çox qıcıq və depressiya yaradır. Digər insanların özlərini dəyərsiz hesab etmələrinə yol açır.
İnsanlar özlərinə aid olmayan bu fərdi xoşbəxtlik təcrübələrinin əsirinə çevrilirlər. O geyindi, o gəzdi, o yedi, mən qaldım, yaxud mənə qalmadı.
Və vurnuxma başlayır! Ortaya hər şeyin insandan daha qiymətli olduğu bugünkü cəmiyyət görüntüsü çıxır.
Sadə bir misal deyəcəyəm. Demək, balaca oğlum internetdə "kokonad" dediyi hindqozuyla xoşbəxt olan bir uşağın paylaşımını görüb. Hər gün mənə bir "kokonad" aldırır. Evdə dadına baxıb zibil vedrəsinə tullayır. Hər dəfə ümidsizliyə düçar olar. Görüntüdə bu "kokonad xoşbəxliyi" çox dadlı görünüb axı. Bəs məndə niyə belə dadsız çıxır. Dönə-dönə sınayır ki, yəqin, bir gün internetdə gördüyü xoşbəxtliyi yaşaya biləcək.
Heç bir tövsiyyə vermirəm. İstəyirəm özü başqasının xoşbəxtliyinin ona aid olmadığı haqqında düşünsün.
Və anlasın ki, paylaşılan xoşbəxtlik zibil verdəsinə atmaq üçündür.
Digər Xəbərlər
25 May 2026 13:00
Səkkiz martdan əvvəlin və sonranın statusları - Pərvanə Bayramqızı yazır
25 May 2026 09:45
Qələm olanlarla qələmin olanlar - Pərvanə Bayramqızı yazır
25 May 2026 09:43
Aysel Nəsirzadənin imza günü keçirildi
24 May 2026 20:32
Əbülfət Mədətoğlu oxucularla görüşdü - VİDEO
23 May 2026 13:51
Vətəndən Vətənə: Türk dünyası ziyalılarının Özbəkistan görüşündən səfər qeydləri
22 May 2026 14:28
Biz kimik, Azərbaycan xalqımı, sovet xalqımı? Hər ikisimi, heç birimi?
21 May 2026 21:36
İşıqdan-işığa yol gedir insan - Sabir Rüstəmxanlının şeirləri
21 May 2026 21:23


Bakı -°C

