adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Fevral 2023 16:44
423
HADİSƏ

Xoy sakinləri ac-susuz küçələrdə gecələyirlər - VİDEO

Cənubi Azərbaycanın əksəriyyətini azərbaycanlılar təşkil edən Xoy şəhərində ötən ay baş verən zəlzələdən sonra insanlar köməksiz, əlacsız vəziyyətdədirlər.

Evləri zəlzələ nəticəsində dağılan azərbaycanlılar ac-susuz halda soyuq küçələrdə gecələyiblər.

Bu barədə sosial şəbəkələrdə videolar yayılıb.

Sakinlər deyirlər ki, çadır üçün rəhbərliyə müraciət edilsə də, onların müraciətlərinə baxılmayıb. Çarəsiz qalanların arasında azyaşlı uşaqlar, hamilə və yaşlı qadınlar var.