27 Oktyabr 2025 08:30
86
MƏMLƏKƏT

Evlərini kirayə verənlər vergi ödəyəcək!

İndi elə adamlar var ki, nə az, nə çox 10- dan çox mənzil var.Sağlıqlarına qismət! Bir adamın on mənzili var, hamısını da , kirayə verir. Və bundan bir ətək pul qazanır. Amma dövlətin büdcəsinə bir manat da ödəmir.

On minlərlə adam var ki, bu üsulla qazanc əldə edir! Ancaq yeni qəbul olunmuş qanunla belə insanla qazanclarının 10 faiz məbləğində vergi ödəyəcəklər. Bu isə o deməkdir ki, dövlətin büdcəsinə milyonlarla manat vəsait  daxil olacaq.

Sadəcə olaraq onların dəqiq uçotu aparılmalı, heç bir fiziki şəxs  bundan yayınmamalıdır. Təbii ki, bu prosesdə icra orqanlarının əməkdaşları daha məsuliyyətli olmalı, heç bir fiziki şəxsin vergidən yayınmasına imkan verməməlidir!

Emil Faiqoğlu