“İstanbulda razılaşma əldə olunmazsa...” – Politoloq
“Əfqanıstan və Pakistan nümayəndələrinin oktyabrın 25-də İstanbulda başladıqları danışıqlar davam edir. Tərəflər sərhəd böhranının həlli yolarını müzakirə edirlər. 9 oktyabrda Pakistanla Əfqanıstan bir-birlərinin ərazilərini atəşə tutmuşdular. Müharibənin genişlənməsi ehtimalı var idi. Tərəflər bir-birlərinin sərhəd postlarını da ələ keçirməyə başlamışdılar, nəticədə hər iki tərəfdən itkilər artırdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, gözləmək olardı ki, digər münaqişələrin həllində vasitəçi kimi çıxış edən ABŞ Prezidenti Donald Tramp Əfqanıstanla Pakistanı da barışdırmağa çalışacaq:
“Ağ Ev sahibi “mən sülh yaratmağı yaxşı bacarıram” açıqlamasını səsləndirsə də, başı başqa münaqişələrin həllinə qarışdığına görə Pakistanla Əfqanıstan arasında vasitəçi ola bilməyəcəyini vurğuladı. Görünür, Trampın müşavirləri Əfqanıstanla Pakistan arasında münaqişənin dərin kökləri olduğunu ona izah ediblər. Bu arada, Tramp növbəti münaqişənin həllinə nail olub. ASEAN ölkələrinin Kuala-Lumpur şəhərində keçirilən sammiti çərçivəsində Tayland və Kamboca liderləri Trampın iştirak etdiyi tədbirdə aralarındakı münaqişəyə son qoyan sənədə imza atıblar. Vaşinqtonin vasitəçiliyi ilə Taylandla Kambodca arasında danışıqlar may ayından gedirdi. Donald Tramp yay aylarında açıqlama verərək, Taylandla Kamboca arasında silahlı münaqişə davam etdiyi müddətdə ABŞ-nin bu dövlətlərlə ticarət sazişləri bağlamayacağını bildirmişdi. Münaqişənin sona çatmasında bu xəbərdarlığın da rolu olub”.
Politoloq deyib ki, bununla Tramp növbəti ildə Nobel Sülh mükafatına əsas namizəd olduğunu təsdiq edib:
“Tramp daha əvvəl Hindistanla Pakistan arasında da münaqişəyə son qoyduğunu bəyan etmişdi. İslamabad bunu təsdiq etdiyi halda, Dehli münaqişənin dayandırılmasında Vaşinqtonun xüsusi rol oynamadığını vurğulamışdı. Pakistanla Əfqanıstan nümayəndələri oktyabrın 19-da Qətərin paytaxtı Doha şəhərində keçirilən danışıqlar zamanı atəşkəs barədə razılığa gəliblər. İstanbulda davam edən danışıqlar atəşkəsi daha da möhkəmləndirmək məqsədi daşıyır. Ancaq atəşkəs kövrəkdir. Bunu Pakistanın müdafiə naziri Xavaca Asifin son açıqlaması da sübut edir. O deyib ki, İstanbulda razılaşma əldə olunmazsa, Pakistan Əfqanlstana qarşı açıq müharibəyə başlayacaq. Əldə olunacaq razılaşma bölgə üçün əhəmiyyətlidir. Buna baxmayaraq, iki ölkə arasında sərhədin müəyyənləşdirilməsinə ehtiyac var. Bu baş vermədikcə, iki ölkə arasında gələcəkdə də toqquşmaların baş verəcəyini istisna etmək olmaz”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

