“Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə...”
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi vacib məqamlardan biri də xarici borcumuzun ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6,3 faizini təşkil etməsi ilə bağlı idi.Xarici borcun ÜDM-dəki payı iqtisadi müstəqillik baxımından vacib göstəricilərdən hesab olunur”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə malik olan ölkələrdən biridir:
“Maliyyə Nazirliyinin açıqladığı son rəqəmlərə əsasən, Azərbaycanın xarici borcu cəmi 5.299 milyard dollardır. Son 1 il ərzində Azərbaycanın xarici borcu 1.162 milyard dollar və ya 18 faiz azalıb.ÜDM-də xarici borcun payının tənzimlənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Eyni zamanda, Azərbaycan ÜDM-də xarici borcun həcminə görə MDB-də ən yaxşı göstəriciyə malik olan dövlətlərdəndir. Xarici borcun ÜDM-də payı Qırğızıstanda 74, Özbəkistanda 55, Qazaxıstanda 54, Belarusda 50, Gürcüstanda isə 32 faizdir. Bununla yanaşı, ölkəmiz həm də xarici maliyyə mənbələrindən asılılıq və daxili resursların mobilizasiyası baxımından da MDB-də və bütövlükdə regionda ən yaxşı göstəriciyə malik olan ölkələrdəndir.Digər tərəfdən, inkişaf etmiş ölkələrdə borclanma payı da son dövrlərdə sürətlə artır. Xarici borc ÜDM-i Böyük Britaniyada 3, Fransada 2.5, Almaniyada 1.5, Kanadada 1.3, İtaliyada isə 1.2 dəfə üstələyir. Xarici borcun tənzilənməsi Azərbaycan üçün müstəqil iqtisadi siyasətin həyata keçirilməsi, eyni zamanda təhlükəsizlik yastığının möhkəmlənməsi baxımından da vacib hesab olunur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
29 Yanvar 2026 17:19
Azərbaycan Mərkəzi Bankında YENİ TƏYİNAT
29 Yanvar 2026 16:06
"İndiki mərhələdə belə bir dönüş nöqtəsinə ehtiyac var" - İqtisadçı
29 Yanvar 2026 15:14
Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddəti dəyişdi
29 Yanvar 2026 12:31
Əhalinin banklardan asılılığı artıb - RƏQƏMLƏR
29 Yanvar 2026 12:08
Naxçıvanda 4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
29 Yanvar 2026 11:42
Pensiyaçılara şad xəbər: Gələn həftə artımların məbləği bilinəcək
28 Yanvar 2026 17:41
“AzerGold” QSC cari ildə ilk ixrac əməliyyatını həyata keçirib
28 Yanvar 2026 17:07


Bakı -°C

