“Ukrayna savaşı rus cəmiyyətini yenidən təşkil edir”
“Rusiyanın əzilən xalqları müharibədə “ət maşını”ndan necə keçirilir – azsaylı millətlərin qırğın rəqəmləri. Ukrayna savaşı rus cəmiyyətini yenidən təşkil edir. Ola bilsin ki, biz buna daha çox dizayn edilir kimi baxırıq, lakin aparıcı rus düşüncəsi bu yöndədir ki, Rusiyada kim artıqdır və yaşamağı haqq edirsə, ona vətəndaşlıq imkanları tanınmalıdır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, Rusiya demək imperiya deməkdir, imperiya isə cütbaşlı qartalın amansız savaşları əsasında qurulub, rus xalqı ikinci dünya müharibəsindən sonra kiteldən çıxıb, yan gəlib yatıb və savaşları unudub deyilir:
“Bir sırıqlıda, soyuq çöllərdə bir buxanka qara çörək və soyutma kartofla imperiya idealları yaşayıbsa, indi nə üçün savaşa soxulan cəmiyyət müharibə vərdişlərini bərpa etməsin və bunu bərpa edərkən, daxili hesablaşmaları da paralel qaydada həyata keçirib, Stalinsayağı “alaq otlarından” - yəni etnik, yerli xalqlardan təmizlənməsin ki?”.
Politoloqun sözlərinə görə, tarixdə üç mərhələ var:
“Pyotr və Aleksandırın Rusiyasında - yerli etnik xalqlar istismar edildi. əraziləri köçürülən ruslara bağışlandı.Stalin dövrü - sözügedən xalqları ata ocağından süpürüb Orta Asiyaya atdılarPutin dövrü – yenə də ölüm qazanında azsaylı xalqların nümayəndələri qaynamaqdadır.Doğrudan da, onların niyə azsaylı xalq olduqlarını göstərən ən acı ölçü vahidi elə Rusiyanın tarixidir.Və təəssüf ki, bu təkcə Rusiyanın da tarixi deyil. Elə bizim də tariximizdir, özü də qanlı -qadalı, soyqırımlar, işğallar və köçürülmələrlə dolu Azərbaycanın tarixi”.
Vasif
Digər Xəbərlər
21 Oktyabr 2026 13:55
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21 Oktyabr 2026 13:22
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI
21 Oktyabr 2026 12:50
Kobaxidze Azərbaycana gəlir
21 Oktyabr 2026 11:37
"Azərbaycanın regionlarının şəhərlə fərqi yoxdur" - Siyavuş Novruzov
21 Oktyabr 2026 11:33
"Qlobal dünyada, həyatımızda çox ciddi dəyişikliklər baş verir" - Vitse-spiker
21 Oktyabr 2026 10:54
“Son 12 ayda 112 ölkədə 3 milyon 200 mindən çox etiraz aksiyası qeydə alınıb...”
21 Oktyabr 2026 10:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü
21 Oktyabr 2026 09:52


Bakı -°C

