“Kreml təhdid ritorikası ilə Ermənistanı geri çəkilməyə sövq etmək istəyir...”
“Ermənistanda keçirilmiş seçkilərin nəticələrinə görə hazırkı baş nazir Nikol Paşinyanın partiyası qalib gəlib. Eyni zamanda ona rəqib olan, əsasən Rusiyanın dəstək verdiyi, keçmiş prezident Robert Köçəryanın komandası isə məğlub olub. Bundan hiddətlənən Rusiya dairələri isə müxtəlif bəhanələrlə Ermənistan hakimiyyətinə qarşı təhdidlər səsləndirir və seçkilərin nəticələrini şübhə altına alan açıqlama verir”.
Bunu Adalet.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.
Onun sözlərinə görə, əsasən öz maraqlarını və imperiya məqsədlərini qoruyub saxlamaq istəyən Moskva Ermənistanı yenidən təsir dairəsində daxil etmək üçün hərəkətə keçib:
“Baş nazir Paşinyan isə əsasən Qərbə istiqamət götürüb və regionda sülhə can atır. Təbii ki, Ermənistanın bu istiqamətə yol alması üçün Azərbaycan dövlətinin yaratdığı reallıq mühüm rol oynayır. Sülh və sabitlik müqabilində sərhədlərin açılması, əsasən Türkiyə ilə ticarət maraqları güdən İrəvan Azərbaycanla sülh müqaviləsini rəsmiləşdirməlidir. Bunun üçün hələ daxildə bir sıra işlər görülməlidir. Konstitusiyasının dəyişdirilməsi üçün parlamentdə münbit şərait yaradılmalıdır. Bunun üçün seçkilərdən doğan nəticələr ətrafında növbəti addımlar atılmalı, nəhayət sülhün rəsmiləşməsi prosesinə daxil olunmalıdır. Məhz bu prosesə mane olmaq istəyən qüvvələr əslində sülhə və sülhdən doğan iqtisadi, geosiyasi reallığa qarşı mübarizə aparmaq və öz maraqlarını diqtə etmək istəyirlər. Hələ ki, Ermənistanda seçkilərdə iştirak edən digər partiya və qrupların üzvləri etiraz aksiyaları keçirir və seçkilərin nəticəsinin ləğv olunmasını tələb edirlər”.
T.İrfan deyib ki, ABŞ prezidentinin Paşinyanı təbrik etməsi isə artıq Qərbin mövqeyinin ortada olduğunu göstərir:
“Rusiyaya meylli qüvvələrin müəyyən cəhdləri və təziqləri olsa da proseslərə real müdaxilə imkanlarının məhdud olduğu görünür. Əsasən Kilsə və Robert Köçəryanın qrupu vasitəsi ilə indiki hakimiyyətə təziq edərək öz maraqlarını diqtə etməyə cəhd edən Kreml yalnız təhdid ritorikası ilə Ermənistanı geri çəkilməyə sövq etmək istəyir. Hətta bəzi rəsmilər Ukraynada da proseslərin məhz bu cür başladığını dilə gətirməkdən belə çəkinmirlər. Ümumiyyətlə bu gərginliyin Qərb və Rusiya rəqabəti zəminində bir müddət davam edəcəyi gözlənilir. Sonrakı hadisələrin nəticələri isə Ermənistanın balansı qoruyacağı yaxud konkret Rusiyadan uzaqlaşacağı təqdirdə məlum olacaq”.
Vasif
Digər Xəbərlər
14 Noyabr 2026 21:10
“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” - VİDEO
14 Noyabr 2026 19:07
Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək
14 Noyabr 2026 19:01
”Bakı və London münasibətləri yeni geosiyasi reallıqlara uyğunlaşdırılıb”
14 Noyabr 2026 11:26
“Prezidentin səfərləri milli maraqlar naminə diplomatiyanın səfərbərliyidir”
14 Noyabr 2026 10:44
“Moskvanın bu cür tələbləri irəli sürməsi onun Ukraynaya qarşı...”
13 Noyabr 2026 18:29
Prezidentlə xanımının İrlandiya səfəri BAŞA ÇATDI - VİDEO
13 Noyabr 2026 17:13
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlandı
13 Noyabr 2026 12:57


Bakı -°C

