YADDAN ÇIXMAZ QARABAĞ - Fazil MUSTAFA yazır

FİRUZ MUSTAFA
57928 | 2020-04-25 10:30

Yolüstü gəldiyim Almaniyada dostlarımdan xahiş etdim ki, məni "Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyəti"nin rəhbəri xanım VerenaScholian ilə görüşdürsünlər. Haqqında bir neçə məqalə oxumuşdum və öz gözlərimlə onun Qarabağ atlarına sevgisini görmək istəyirdim. Bu 70-i haqlamış qadın həyat yoldaşı ilə birlikdə Hessen əyalətinin Ginsheim qəsəbəsinde yaşayır.

Qapısının üstündə „İG Karabagh und eurasische Pferderassen e.V" (Qarabağ və Avroasiya Atları Həvəskarları Cəmiyyəti) sözləri yazılıb. Bu xanım 1989-cu ildə Rusiyadan gətirilən "İnturist" adında bir at alıb, sənədləri kiril əlifbasında olduğu üçün bir mütəxəssisə oxutdurub,, məlum oldu ki, "İnturist" Qarabağ at cinsindəndir. Bu at cinsləri barədə maraqlanmağa başlayıb. Araşdırmalarımdan aydın oldu ki, yaradılması XVII-ci əsrə aid, dünyanın ən qiymətli at cinslərindən biridir. O vaxtdan etibarən Qarabağ atlarının yetişdirilib, artırılması ilə məşğul olub. 1994-cü ildən cəmiyyət fəaliyyət göstərir. Azərbaycanla ilk əlaqələri 2002-ci ildə yaranıb. Tez-tez Şəkiye gedib-gəlib. Qarabağ atlarının kataloqunu çap etdirib. Adam pulsuz-parasız Azərbaycanı, Qarabağı, atlarımızı, mədəniyyətimizi təbliğ edir, əvəzində isə çox maraqlı münasibətlə qarşılaşıb. Soyadı Şolian (Şoliyan yox a...) olduğuna görə hava limanında çıxışda xeylı rahatsız ediblər. Şəcərəsi ilə tanış oldum. Bu qadının yeddi arxa dönəni təmiz almandır. Hər yanda Azərbaycanı tebliğ edir, Qarabağ adını alman cəmiyyətinə isinişdirir, biz isə adamı erməni çıxarıb ölkəmizdən incik salırıq.



Evində görüşdən sonra. Qarabağ atlarının saxlandığı fermaya getdik. Verena xanım bizə sarı-qızılı rəngli Sirli, Şəki və Serko adlı Qarabağ atlarını göstərdi. Kataloqunda atlarının adı Qızıl, Sultan, Sağ ol və s.dir. Hər yana da Azerbaycan bayrağını asıb. Soyad uyğunluğuna göre adamı incidenler anlamamışlar ki, Azərbaycana, onun bayrağına belə bir hörmət bəsləyən, Azərbaycanı təbliğ edən bir erməni görsək bu hərəkəti əlbəttə bizləri sevindirəcək. Halbuki Almaniyada özbəöz alman olan bir qadının vasitəsilə öz tebliğatımızı genişləndirməkdən imtina etməkden başqa gördüyümüz bir iş yox...Bu da erməni axtarışı üzərində yoğunlaşan başqa növ saxta vətənpərvərliyimizin bir faktıdır.
Bu iradlar öz yerində, bu gözəlliyinə doymadığım atlardan ayrılmaq olmur... Qarabağın qoxusunu aldım. Təşəkkürlər, fədakar alman qadını...

(23 Aprel 2016)






TƏQVİM / ARXİV