"Yağıntıların artması minatəmizləməyə mənfi təsir göstərir" - ANAMA
Minatəmizləmə fəaliyyətində də iqlim dəyişikliklərinin təsiri hiss olunur. Bizim fəaliyyətimizin spesifikasını nəzərə alaraq təhlükəsizlik səbəblərindən yağışlı günlərdə çalışa bilmirik. Son illərdə yağışların artması, sözsüz ki, bizim fəaliyyətimizə öz mənfi təsirini göstərir.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
Onun sözlərinə görə, daşqınlar və sellər zamanı təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları bir neçə dəfə müşahidə olunub: "Daşqınlar zamanı minalar çay suları ilə axıb aşağı ərazilərə gətirilir və sözsüz ki, bu, bizim üçün bir həyəcan təbilidir. Biz artıq bu məsələlərə diqqət yetiririk və daşqınlardan və sellərdən sonra əraziləri əlavə olaraq tədqiq edirik, - deyə V.Süleymanov qeyd edib.
Digər Xəbərlər
12 Oktyabr 2026 13:58
Hun Manet Zəfər parkını ziyarət etdi
12 Oktyabr 2026 13:58
“Kiminsə hicaba münasibəti fərqli ola bilər, bu, onun şəxsi mövqeyidir...”
12 Oktyabr 2026 13:42
Azərbaycanın və Kambocanın birinci xanımları görüşdülər
12 Oktyabr 2026 13:36
Təxribatın dili dəyişir, hədəf dəyişmir - İqbal Alısoy yazır
12 Oktyabr 2026 13:29
Məktəbli forması şagirdlərdə intizam və məsuliyyət hissini gücləndirir - Ceyran Mahmudova
12 Oktyabr 2026 13:18
"Ailənin təzyiqi ilə qızlara dini forma geyindirmək..." - Nizami Cəfərov
12 Oktyabr 2026 12:23
Sabah hava necə olacaq?
12 Oktyabr 2026 12:20


Bakı -°C

