YAP-ın təsisindən 33 il ötür
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü qeyd olunur.
Adalet.az xəbər verir ki, XX əsrin sonlarında ölkədə siyasi gərginliyin artdığı, idarəetmədə xaosun hökm sürdüyü, separatizm və qarşıdurmaların təhlükə yaratdığı bir dövrdə YAP-ın meydana çıxması tarixi zərurət kimi qiymətləndirilir. Həmin mürəkkəb mərhələdə Ümummilli Lider Heydər Əliyevin siyasi proseslərə dönüşü cəmiyyətin əsas ümid yeri olub.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis toplantısında Yeni Azərbaycan Partiyasının yaradıldığı rəsmən elan edildi. Bu qərar sonrakı illərdə ölkənin siyasi sabitliyinə və dövlət quruculuğuna ciddi təkan verdi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda sabitlik bərpa olundu, idarəçilik sistemi yeniləndi, iqtisadi islahatlara start verildi. “Əsrin müqaviləsi”, Bakı–Tbilisi–Ceyhan kəməri kimi iri layihələr ölkənin beynəlxalq nüfuzunu artırdı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın siyasi xətti müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Zəngəzur dəhlizi və Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycanın regional liderliyini möhkəmləndirir.
800 minə yaxın üzvü olan YAP ölkənin ən böyük siyasi təşkilatı olaraq, xüsusilə gənc nəslin fəallığı ilə seçilir. 44 günlük müharibədə gənclərin göstərdiyi qəhrəmanlıq partiyanın milli hədəflərə sadiqliyini bir daha nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyası bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir geosiyasi reallıqlar fonunda ölkəni yeni inkişaf mərhələsinə doğru aparır.
Digər Xəbərlər
21 Noyabr 2025 10:18
“Rusiya üçün Ukraynadan sonra növbəti hədəf Cənubi Qafqaz ola bilər”
21 Noyabr 2025 09:54
Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyəti müzakirə ediblər
21 Noyabr 2025 09:25
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına...”
20 Noyabr 2025 16:47
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
20 Noyabr 2025 14:57
İsrail XİN rəhbəri Azərbaycana səfər edəcək
20 Noyabr 2025 12:59
Gələn ilin dövlət büdcəsi ilk oxunuşdan keçdi
20 Noyabr 2025 12:42
Elşən Musayev: “Dövlətimizin büdcəsi Qafqazın ən böyük büdcəsidir"
20 Noyabr 2025 12:23


Bakı -°C

