Yaponiya gündəmində Rusiyaya yeni zərbə planı: Sanksiyanın sayı artdı
Xəbər verdiyimiz kimi, Kuril adaları artıq uzun müddətdir Rusiya və Yaponiya arasında əsas mübahisə mövzusudur. Rəsmi Tokio Moskvadan öz ərazilərinin geri qaytarılmasını tələb edir. Bundan əlavə Rusiyanın Ukraynaya işğalçı hücumu da Yaponiyanın belə addım atmasına səbəb yaratdı.
Əlbətdə ki, Yaponiya buna etinasız qala bilməzdi. Ölkənin baş nazir Kişida Fumio bəyanat yayaraq bildirdi ki, Yaponiya Rusiyaya yeni sanksiya həyata keçirəcək. Bildirildi ki, Rusiyaya qarşı genişləndirilmiş iqtisadi sanksiyalar çərçivəsində lüks avtomobillər, zərgərlik məmulatları və sənət əsərləri kimi dəbdəbəli məhsulların Rusiyaya ixracı qadağan edildi v bu qadağa aprelin 5-dən qüvvəyə mindi..
Daha sonra Yaponiyanın Baş naziri Fumio Kisida martın 3-də rusiyalı oliqarxlarının bank hesablarının dondurulması barədə qərar qəbul etdiyini söylədi. Elə həmin tarixdən - martın 1-dən Yaponiya Rusiyanın 49 şirkət və təşkilatına, o cümlədən “Rosoboroneksport”, “Rostex”, Federal Təhlükəsizlik Xidməti, “İrkut”, “Proqress”ə qarşı sanksiya tətbiq edib.
Adalet.az RİA.novosti-yə istinadən xəbər verir ki, Yaponiya höküməti yenilənmiş sənədə 14 yeni başlıq əlavə edib. Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların genişlənmiş siyahısında neft emalı üçün katalizatorlar, elektron və atom qüvvəsi mikroskopları, 3D printerlərdə istifadə olunan toz metallar, günəş, külək və digər bərpa olunan enerji mənbələrindən istifadə etməklə əldə edilən hidrogen var. Bundan əlavə siyahıya yarımkeçirici və elektrik keçirici polimerlər, üzvi işıq yayan diodların istehsalı üçün avadanlıqlar, kvant texnologiyaları ilə bağlı cihazlar, o cümlədən fotodetektorlar daxil edilib.
Hökumət sənədi artıq təsdiq edib. Sənəd mayın 20-dən etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu Rusiya əsgərlərinin Ukraynada mülki insanları öldürməsi xəbərinin hökuməti çaşdırdığını və bu hərəkətləri kəskin şəkildə qınadığını bildirib.
Günahsız mülki şəxslərin öldürülməsini beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirən Matsuno faktların üzə çıxarılması və Rusiyanın hərbi cinayətlərinə görə cəzalandırılmalı olduğunu deyib.
Əntiqə Rəşid
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

