adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Sentyabr 2021 18:49
1996
MƏDƏNİYYƏT

Yaqub Zurufçu vəfat edib

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Bu barədə “Yeni Klinika”dan məlumat verilib.

Bildirilib ki, sənətçi həkimlərin səyinə baxmayaq vəfat edib.

Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb.

Allah rəhmət eləsin!