adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Dekabr 2021 17:11
1022
ŞOU-BİZNES

“Yasak Elma”nın reytinqi əvvəl 2, indi də 3-cü yerə düşdü: SƏBƏB

"FOX"un reytinqlərdə ilk sırada yer alan serialı "Yasak elma" Azərbaycan tamaşaçısının sevə-sevə izlədiyi seriallardan biridir.

Adalet.az türk mediasına istinadən xəbər verir ki, 13 dekabr akşamı yayınlanan “Yasak Elma”nın 124-cü bölümü bütün kategoriyalarda bir sıra geriləyib və  yerdə bərqərar olub.

Beləki, Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK beş mövsümdür yayımlanan ən reytinqli seriallardan olan "Yasak elma" ilə bağlı cərimə tətbiq edib. 

Qurum ekran işinin son bir neçə bölümündəki ailədaxili münasibətləri ətraflı analiz edib. Qeyri-qanuni əlaqələrin “əyləncə” adı altında təqdim edilməsi, mənfi sosial anlayış olan “məşuqəliyin” normal hal kimi əks olunması, hətta uşaqlı səhnədə bu cür ifadələrin işlədilməsi, qadınların xəyanətə məruz qalması qurum tərəfindən uyğunsuz hesab edilib.

Qeyd edək ki, RTÜK bütün sadalananları ölkənin əxlaq, milli-mənəvi dəyərlərinə uyğun gəlmədiyini, ailədaxili münasibətləri zədələdiyini əsas gətirərək serialın yayımlandığı "Fox" telekanalını cərimələyib.

Əntiqə Rəşid