05 Avqust 2024 09:18
96
HADİSƏ

Yasamalda avtobus 10-dan çox avtomobili əzdi - VİDEO

Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az Oxu.az-a istinadən xəbər verir ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.