27 Mart 2025 16:59
530
HADİSƏ

Yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açıldı - VİDEO + YENİLƏNİB

Bakıda yaşayış olan evin sökülməsi ilə bağlı cinayət işi açılıb.

Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.

***14:40

Paytaxtda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.

Adalet.az xəbər verir ki, görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində paylaşıb. O bildirib ki, “Melissa Group” tikinti şirkəti Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparır.

Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

DİN-in Mətbuat Xidmətindən bildirib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır.

Həmçinin, Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.