Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artıb
2026-cı ilin yay mövsümündə Azərbaycanın hava məkanında hava hərəkətinin həcmi artıb.
Adalet.az xəbər verir ki, iyun-avqust aylarında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən ümumilikdə 102, 130 uçuşa aeronaviqasiya xidməti göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb.
Hava hərəkətinin həcmi yay ayları ərzində ardıcıl şəkildə yüksəlib. AZANS tərəfindən iyun ayında 32, 430, iyulda 34, 322, avqustda isə 35, 378 uçuşa aeronaviqasiya xidməti göstərilib. Beləliklə, avqust hava hərəkəti baxımından yay mövsümünün ən intensiv ayı olub.
Tranzit uçuşların sayında daha yüksək artım qeydə alınıb. İyun-avqust aylarında Azərbaycanın hava məkanından 78, 749 tranzit uçuş həyata keçirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artıb.
Yay mövsümünün ən yüksək sutkalıq hava hərəkəti 23 avqustda qeydə alınıb. Həmin gün Azərbaycanın hava məkanında 1, 210 uçuşa aeronaviqasiya xidməti göstərilib.
Tranzit uçuşlar üzrə mövsümün pik göstəricisi isə 22 avqustda qeydə alınıb. Bir gün ərzində Azərbaycanın hava məkanından 920 tranzit uçuş həyata keçirilib. Bu göstərici 2025-ci ilin yay mövsümündə qeydə alınmış maksimum səviyyədən 13,4% yüksəkdir.
Qeyd edək ki, tranzit uçuşlarda qeydə alınan ikirəqəmli artım Azərbaycanın hava məkanının beynəlxalq hava hərəkətindəki əhəmiyyətini və artan trafik şəraitində aeronaviqasiya xidmətlərinin rolunu ön plana çıxarır.
Digər Xəbərlər
12 Oktyabr 2026 09:20
Kreditini vaxtında verə bilməyənlərin nəzərinə - VİDEO
12 Oktyabr 2026 09:14
“Brent” ucuzlaşdı
10 Oktyabr 2026 13:59
Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama
09 Oktyabr 2026 17:11
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib
09 Oktyabr 2026 11:32
Azərbaycanda orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
09 Oktyabr 2026 11:08
Azərbaycan iqtisadiyyatı böyüyüb
09 Oktyabr 2026 11:03
“Türkmənistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
09 Oktyabr 2026 10:44


Bakı -°C

