adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Oktyabr 2022 17:33
899
ƏDƏBİYYAT

Anar yenidən AYB-nin sədri seçildi - YENİLƏNİB

Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri seçilib.

Adalet.az xəbər verir ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib.

Akademik Milli Dram Teatrında keçirilən qurultay çərçivəsində birliyin sədrlik postuna seçki keçirilib.

 

***12:15

Azərbaycan Milli Akademik Dram teatrında Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir.

Adalet.az xəbər verir ki, Türkiyənin sabiq Mədəniyyət naziri Namiq Kamal Qurultayda çıxış edib. O ilk öncə Azərbaycanın II Qarabağ müharibəsində çaldığı zəfər münasibətilə qurultay iştirakçılarını təbrik edib.

 

***11:51

Azərbaycan Milli Akademik Dram teatrında Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir.

Adalet.az xəbər verir ki, Mədəniyyat Naziri Anar Kərimov XIII qurultayın keçirilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib. "Əminəm ki, prezidentimizin söylədiyi kimi yazıçılarımız milli-mənəvi dəyərlərimizin, vətənpərvərliyin, maarifçiliyin qorunub saxlanılmasında bu vaxta qədər necə fəal iştirak ediblərsə, bundan sonra da o cür davam edəcəklər.

 

***11:39

Azərbaycan Milli Akademik Dram teatrında Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir.

Adalet.az-ın xəbərinə görə, qurultayda AMEA-nın prezidenti, əməkdar elm xadimi İsa Həbibbəyli, şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin çıxışlarından sonra yazıçı Anar qurultayda iştirak edə bilməyən Oljas Süleymanovun məktubunu oxuyub.

 

***11:05

Azərbaycan Milli Akademik Dram teatrında Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilir.

Adalet.az-ın xəbərinə görə, qurultayı AYB-nin sədri yazıçı Anar öz çıxışı ilə açıq elan edib. O, ilk növbədə son illərdə dünyasını dəyişən yazıçı və şairlərin siyahısını oxuyub. Daha sonra Prezident Administrasiyanın humanitar siyasət məsələləri üzrə şöbə müdiri Fərəh Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin sözlərini qurultay iştirakçılarına çatdırıb.

Qurultay davam edir.

Eminquey