20 Avqust 2024 12:38
915
ŞOU-BİZNES

YEGANƏ: “Mən geyimə yox, onu daşıyan adama qiymət verirəm”

Müğənni Yeganə Mürsəlova şou-proqramların birində geyimə xərclədiyi puldan danışıb.

Adalet.az xəbər verir ki, müğənni dəhşətli dərəcədə geyim həvəskarı olmdığını söyləyib:

“Səhnədir, gözəl görünməyə məcburuq. Amma hər qəpiyimi geyimə verəcək dərəcədə də geyim xəstəsi deyiləm. Əynimdəki dəstin qiymətini unutmuşam. Çox şükür bu zamanədə heç kəs çılpaq gəzmir ki, hər kəsin geyim alacaq qədər imkanı var. Fərqi nədir, baha ya ucuz. Əsas odur ki, təzə geyim ala bilirlər. Ayaqqabım 1100 Azn, kostyumum 2700Azn, üzüyüm 5000Azn, sırğam isə 5000-dır. Saatım isə hədiyyədir. Mən geyimə yox, onu daşıyan adama  qiymət verirəm”. 

Əntiqə