adalet.az header logo
  • Bakı 11°C
28 Sentyabr 2022 12:36
401
DÜNYA

Yenəmi İran? –Hüsnü Mahalli yazır

İranda nə baş verir?

İranlılar örtünmə qaydalarına əməl etmədiyi səbəbilə Əxlaq (İrşad, yəni doğru yol göstərən) Polis İdarəsinə aparılan 22 yaşlı Məhsa Eminin polis bölməsində huşunu itirərək xəstəxanada dünyasını dəyişməsindən sonra ölümünə etiraz olaraq küçələrə axışdı.

Türkiyə də daxil olmaqla dünyanın geniş təbəqələrini maraqlandıran hadisələr sanki nəzarət altına alınsa da, əksəriyyət heç nəyi sorğulamadı.

Hadisə İran rejiminin qadınlara qarşı təzyiqləri ilə məhdudlaşıb və qarışıqlıq davam edir.

ABŞ, İsrail və Türkiyənin müttəfiqi olan Şah (1950-1960) dünyanın bəlkə də ən qəddar rejimi idi. Qadınlar başlarını açar və dənizə girərdi, ancaq SAVAK kəşfiyyat təşkilatı yüz minlərlə iranlını şaha qarşı çıxdığı üçün öldürür, işgəncə verir, həbsxanalarda çürüdürdü.

Qeyri-insani üsulları ilə məşhur olan MKİ və MOSSAD-da təhsil almış SAVAK üzvləri şiə inancına görə çarşaf geyən, sol və ya liberal fikirlərinə görə başı açıq olan qadınlar arasında ayrı-seçkilik etməzdilər.

Kürd əsilli Məhsanın ölümü ilə küçələrə çıxan iranlı kürdlərə gələk.

1946-cı ilin yanvarında sovetlərin dəstəyi ilə qurulan Mahabad Kürd Respublikası təxminən bir il sonra ABŞ, İngiltərə və İsrailin dəstəklədiyi Şah ordusu və kəşfiyyatı tərəfindən dağıdıldı, kürd lideri Kadi Məhəmməd və dostları edam edildi.

 

Kürdlərin haqq axtarışına dəstək verirmiş kimi görünən ABŞ və müttəfiqləri indi də keçmişdə olduğu kimi Türkiyədə, İraqda, İranda və Suriyada kürdlərdən istifadə edirlər.

Molla Mustafa Bərzaniyə torba tikib Səddama satan, Öcalanı Keniyadan qaçırıb Ankaraya təhvil verən də həmin ABŞ və müttəfiqləridir.

Marksist-Leninist PKK-PYD-YPG və onların “rəqibi və düşməni” Bərzaninin indi ABŞ və müttəfiqlərinin xidmətində olmasının fərqi yoxdur!

ABŞ və müttəfiqləri PYD-YPG-nin qadın döyüşçüləri haqqında filmlər çəksələr də, Bərzaninin bölgələrində qadınların köhnə davranışlarına qarşı çıxmırlar.

Necə ki, İŞİD üzvləri tərəfindən qaçırılan və təcavüzə məruz qalan altı min yezidi qız və qadın öz dramlarını dilə gətirə bilmədilər.

Üstəlik, onların heç biri çarşafa bürünməmişdi!

İŞİD-dən söz düşmüşkən, son 11 ildə bölgəmizdə baş verənləri xatırladaq.

ABŞ-ın və Qərb müttəfiqlərinin regional işbirlikçilərinin Suriya, İraq, Liviya və Yəmənə qarşı nələr etdikləri göz qabağındadır.

İndi Məhsənin ölümü ilə “çarşafa müharibə” elan edənlər “bölgə xalqlarına, xüsusən də qadınlara azadlıq, demokratiya gətirəcəyik” deməklə bütün coğrafiyanı viran qoyanlardır.

Ən azı iki milyon insan həyatını itirdi, bir çox qadın dul qaldı, 4 milyon insan əlil oldu, bir çoxu yetim qaldı, ən azı on milyon insan vətənini tərk etdi.

Əgər “Ərəb baharı”nda mötədil və mötədil olmayan islamçıları dəstəkləyənlər öz məqsədlərinə çatsaydılar, Suriya, İraq, Liviya, Yəmən, Tunis, Misir və digər region ölkələrində İŞİD, NUSRA və bu kimi quldur dəstələri hakimiyyətə gələrdilər və kişilərə şalvar, qadınlara isə çarşaf geyindirərdilər.

Türkiyənin bəzi bölgələrində olduğu kimi.

Qızların məktəbə getməsi, qadınların işləməsi və sərbəst hərəkət etməsi qəti qadağan ediləcəkdi.

Eynilə Taliban ölkəsi Əfqanıstanda olduğu kimi.

Taliban və daha əvvəl Əl-Qaidəni quran MKİ və onun müttəfiqi kəşfiyyat təşkilatları “Ərəb baharı” zamanı İŞİD, Nusra və bu kimi quldur dəstələrini qurub qidalandırıb, hər sahədə və məsələdə ağlasığmaz şəkildə köməklik göstəriblər.

Xüsusilə media, təbliğat və qavrayış yaratma əməliyyatlarında.

Bəs ABŞ-ın müttəfiqləri kimlərdir?

Qanlı Ərəb Baharı zamanı İŞİD, NUSRA və bu kimi təşkilatların başçılıq etdiyi üsyanları maliyyələşdirən, köhnəlmiş, primitiv və fanat münasibətlərin hakim olduğu Səudiyyə Ərəbistanı və Körfəz ölkələri hökumətləri.

Hadisə Məhsanın geyiminə görə ölməsi deyil.

Hadisə ayrı-ayrı ölkələrimi və bütün coğrafiyamızı “yaradıcı təlatüm” nəzəriyyəsi ilə viran qoymaq məsələsidir.

Bu, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın beynəlxalq arenada super güc kimi ortaya çıxmasından və 1948-ci ildə Fələstin torpaqlarında İsrailin qurulmasından sonra baş verənlərin xülasəsidir.

Hekayənin davamı cümə gününə qalsın...

 

Dilimizə uyğunlaşdıran: Eminquey