"Yeni Klinika"ya mətbuat katibi təyin edildi

"Yeni Klinika"ya mətbuat katibi təyin olunub.
Adalet.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qafqazın ən böyük tibb müəssisəsi olan "Yeni Klinika"ya (publik hüquqi şəxs) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova təyin edilib.
N.Allahyarova cari ilin fevral ayına qədər Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edib. Daha öncə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışan N.Allahyarova buna qədər Bakı Nəqliyyat Agentliyində, “BakuBus” MMC-də mətbuat katibi vəzifələrində, daha əvvəllər isə Vergilər Nazirliyi və Binəqədi rayon İcra Hakimiyyətində yüksək vəzifələrdə çalışıb. Nuridə Allahyarova “Space” televiziya kanalında yayımlanan "Prezident vaxtı" verlişinin müəllifi və aparıcısı, ATV kanalında yayımlanan "Birlikdə güclüyük" verlişinin aparıcısı olub.
Digər Xəbərlər

MEDİA Özbəkistanın media nümayəndələri üçün təlim keçirib - FOTO

Hikmət Hacıyev media rəhbərləri ilə görüşdü - FOTOLAR

MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib - FOTOLAR

Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirildi - FOTOLAR

MEDİA qəzetlərə və saytlara dəstək üçün müsabiqə elan etdi

"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

Kollegiya sədri: Fikir və söz azadlığından istifadə edilərkən şəxsi həyata müdaxilə yolverilməzdir
