Yol Polisi bu sürücülərə xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq edib.
İdarədən Adalet.az-a verilən məlumata görə, müşahidələr göstərir ki, bir qayda olaraq həftəsonu paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir. Hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır ki, bu da qəza riskinə təsirsiz ötüşmür.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, respublika ərazisində nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.
Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi hallarda sürücülər tərəfindən qaydalara əməl olunmaması, texniki nasazlıq, tələskənlik və diqqətsizlik nəticəsində ağır yol-nəqliyyat hadisələri qaçılmaz olur. Belə halların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir: “Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, nasaz nəqliyyat vasitəsilə yola çıxmayın, sürət həddinə və ötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hazırda mövsüm üçün xarakterik olan yağmurlu hava şəraitini, yoldakı real vəziyyəti nəzərə alın. Uzaq məsafələrə səfərləri fasilələrlə qət edin, yorğun, yuxusuz halda sükan arxasına əyləşməyin.
Unutmayın! Yolda intizam və məsuliyyət hər bir sürücünün təhlükəsizliyinin əsas təminatıdır”.
Digər Xəbərlər
02 May 2026 13:03
İstirahət günü hava necə olacaq?
02 May 2026 13:01
Bakı Metrosunda bu cür əyləşənlər HƏBS OLUNACAQ
02 May 2026 12:55
Böyük Qayıdışın yaratdığı təbəssüm - VİDEO
01 May 2026 18:48
Prezidentin qızı və gəlini sərgiyə qatıldılar - FOTOLAR
01 May 2026 16:52
İlham Əliyev ailəsi ilə birlikdə İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
01 May 2026 14:11
Müraciətlərə baxılması qaydası dəyişir
01 May 2026 12:40
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
01 May 2026 12:37


Bakı -°C

