Yol polisi sürücülərə müraciət etdi

"Müşahidələr göstərir ki, həftəsonu əhalinin bölgələrə, bağ massivlərinə, istirahət məkanlarına üz tutması avtomobil yollarında hərəkət intensivliyini artırır".
Adalet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu yollardakı vəziyyətlə bağlı müraciətində bildirilib.
Qeyd edilib ki, bununla bağlı yerli və respublika əhəmiyyətli avtomobil yollarında təhlükəsizlik tədbirlər gücləndirilsə də, təəssüf ki, bəzən sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən həftəsonu ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.
Unutmayaq ki, yol hərəkəti zamanı intizamlı olmaq özümüzə və başqalarına verdiyimiz dəyərdir!
Digər Xəbərlər

Hər könüldə yeri olanların bayramı

Oqtay Şirəliyev təcili yardım gələnə kimi vəfat edib - RƏSMİ

Şübhəli zəng və yazışmalara cavab verməyin - DİN-dən çağırış

Baş nazir QƏRAR İMZALADI

Ahmad Gozal “SABİS” prezidentini qəbul edib

Xanyurdu sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Leyla Əliyevanın təşəbbüsü ilə konfrans keçirildi
