Yol polisindən sürücülərə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Adalet.az-a verilən məlumata görə, yaxın saatlarda hava şəraitinin dəyişməsi, şimal-qərb küləyinin güclənməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, küləkli hava şəraitində avtomobilin hərəkət istiqamətinin qəfildən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alsınlar, xüsusilə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən daha diqqətli olsunlar: "Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçsinlər və nəqliyyat vasitələrini parklayarkən müvəqqəti tikililərin, reklam lövhələrinin, ağacların, həmçinin küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar.
Bununla yanaşı, güclü külək müşahidə olunan yollarda, xüsusən açıq ərazilərdə yük avtomobillərini (əsasən ot daşıyan), moped və motosiklet tipli nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Belə hava şəraiti onlar üçün olduqca əlverişsiz və təhlükəlidir. Zərurət olduğu halda yol-patrul xidməti əməkdaşları tərəfindən bu kimi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması da istisna olunmur".
Digər Xəbərlər
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27
Dövlət Komitəsi Zabuxdan videçarx yayımlayıb - VİDEO
02 Aprel 2026 12:05
Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO
02 Aprel 2026 11:58
Kəlbəcər şəhərinə növbəti KÖÇ - FOTOLAR
01 Aprel 2026 19:40
Nəsimi rayonundakı tikinti ilə bağlı iddialara Komitədən CAVAB
31 Mart 2026 17:40


Bakı -°C

