24 Oktyabr 2024 16:56
310
İDMAN

"Yunayted" 99 milyona transfer etdiyi futbolçunu icarəyə verəcək

İngiltərənin “Mançester Yunayted” komandası gələn ilin yanvarında futbolçusu Antonini icarəyə verəcək.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu mövsüm “qırmızı-şeytanlar”da əsas heyətə düşməkdə çətinlik çəkən 24 yaşlı hücumçunu müxtəlif klublar transfer etmək istəyir. Təklif göndərən komandalar arasında braziliyalı oyunçunun daha əvvəl çıxış etdiyi Niderland “Ayaks”ı da var.

Gənc futbolçu 2022-ci ilin yayında məhz Amsterdam təmsilçisindən 99 milyon avroya transfer edilib.

Qeyd edək ki, Antoni bu mövsüm “Mançester Yunayted” forması ilə bütün turnirlər daxil olmaqla cəmi 4 matça çıxıb və 1 qolla yadda qalıb.