“Yunayted” Almaniya millisinin baş məşqçisi ilə danışıqlara başladı
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann İngiltərənin “Mançester Yunayted” klubunu çalışdıra bilər.
Adalet.az xəbər verir ki, Mançester təmsilçisi 39 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
“Mançester Yunayted”dən danışıqlar prosesinə kadrlar şöbəsinin rəhbəri və Nagelsmannın oyun üslubunun pərəstişkarı Kristofer Uivell başçılıq edir. Klub rəhbərliyi almaniyalı mütəxəssisin öz işi ilə Premyer Liqada dominantlıq edə və Yurgen Kloppun “Liverpul”dakı uğurlarını təkrarlaya biləcəyinə inanır.
Lakin kapitan Brunu Fernandeş də daxil olmaqla, əsas oyunçular hazırkı baş məşqçi Maykl Kerriki fəal şəkildə dəstəkləyirlər. Portuqaliyalı futbolçu ingiltərəli mütəxəssisin mümkün ayrılığı fonunda yalnız bir şərtlə komandada qalmağa razıdır. Bunun üçün ona daha sərfəli şərtlərlə yeni müqavilə təklif olunmalıdır. Belə ki, Fernandeş həftəlik maaşının 400 min avroya çatdırılmasını tələb edir.
Qeyd edək ki, Yulian Nagelsmann daha əvvəl “Hoffemhaym”, “Leypsiq” və “Bavariya” kimi komandalara rəhbərlik edib.
Digər Xəbərlər
04 Aprel 2026 15:09
Azərbaycanlı deputat Türkiyədə ağır zədə aldı - VİDEO
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08


Bakı -°C

