Yurda dönüş: Daha 212 nəfər Cəbrayıla qayıtdı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 37 ailə - 212 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Digər Xəbərlər
08 Avqust 2026 16:09
Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - VİDEO
07 Avqust 2026 17:37
AQTA bəzi nöqsanlar aşkarladı - Heyvan kəsimi nöqtələrində
07 Avqust 2026 10:36
İsti günlər bitir: Güclü külək və leysan gəlir - Bu tarixdən
06 Avqust 2026 19:39
Məşhur şəlaləyə gedən yola şlaqbaum qoyuldu - Ödəniş tələb edilir - VİDEO
05 Avqust 2026 19:15
Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?
05 Avqust 2026 18:34
Hazırda Bakının bütün küçə və prospektlərində təmir gedir - VİDEO
05 Avqust 2026 14:48
İpoteka Fondundan yeni mənzillər - Seçim tarixi açıqlandı
05 Avqust 2026 13:48


Bakı -°C

