adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 May 2023 13:35
1071
MARAQLI

Yüz on bir il öncə batan Titanikin qalıqları ilk dəfə çəkildi - FOTOLAR

Dünyanın ən qədim gəmisi olan Titanik rəqəmsal skan üsulu ilə çəkilib. 

Adalet.az xəbər verir ki, Atlantik okeanının 3800 metr dərinliyindəki gəminin ən xırda detallarına kimi görüntülənib.  1912-ci ildə ilk səyahəti zamanı Atlantik okeanında aysberqə çırpılaraq batan dünyanın ən məşhur gəmisi Titanikin, Magellan adlı bir şirkət tərəfindən suyun dərinliyində fotoları kameranın yaddaşına köçürülüb. 

BBC-də yer alan xəbərə görə, Titanik analitiki Parks Stephenson, gəmi ilə bağlı hələ cavablandırılması lazım olan sualların olduğunu bildirib.  O, yeni görüntülərin Titanik hadisəsi üçün dəlillər olduğunu deyib. 

1500-dən çox insanın həyatını itirdiyi və qalıqlarına yalnız 73 il sonra 1985-ci ildə çatan Titanik o zamandan indiyə kimi sualtı tədqiqatçıların diqqətini cəlb edib. Magellan adlı şirkət isə çəkməyə hazırlaşdığı “Atlantik Productions” sənədli film üçün bu görüntülərin bir ilk olduğunu bildirib. Dalğıclar iki yüz saatdan artıq bir zəhmətlə gəminin 700 mindən çox görüntüsünü çəkiblər. Şirkət nümayəndəsi gəminin qalıqlarına zərər verməmək üçün heç bir şeyə toxunmadıqlarını bildirib. 

Vasif Əlihüseyn