"Yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır" - Deputat
"Hörmətli səhiyyə nazirinin iclasda iştirakını nəzərə alaraq tibb sahəsi üzrə çoxsaylı müraciətlər olunan bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Müəyyən səbəblərə görə qonşu ölkələrdən pənah gətirmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Çünki ixtisas diplomlarının tanıdılması üçün Səhiyyə Nazirliyinə təqdim ediləndə klinik ordinatura pilləsinin bizim təhsil sistemimizlə uyğun gəlmədiyini bildirilir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deputat Azər Badamov deyib.
"Amma bu gün ölkədə işləyən yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti ordinatura təhsillidir və çox yaxşı mütəxəssislər kimi fəaliyyət göstərirlər. Bir tərəfdən Azərbaycanda həkim çatışmazlığı var, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlər işlə təmin oluna bilmirlər. Təklif edirəm ki, burada xüsusi bir humanist yanaşma edilərək həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsini imtahanla yoxlanılaraq diplomları tanınsın. Həm də ixtisasları klinik ordinatura səviyyəsində olduğuna görə işləməyə icazə verilmədiyindən 8 il təhsil almış bir həkimə işləmək üçün yenidən 5 il oxumaq tələb olunur. Halbuki onların iki il ordinatura təhsili var və yenidən rezidentura pilləsini oxuyanda oxuduqları həmin ordinatura pilləsinin 2 ilini heç olmasa nəzərə alınmasını vacib hesab edirəm. Çünki rezidenturada 2 illik ordinatura proqramını yenidən təkrarən oxumalı olurlar. Bu da eyni fənlərin təkrarlanması və əlavə illərin itirilməsi deməkdir", - deyə deputat bildirib.
Digər Xəbərlər
13 Mart 2026 14:34
Naxçıvanda əhalinin sayı artıb
13 Mart 2026 12:51
"Bakıda kooperativ binalarda 1000-ə qədər lift dəyişdirilməlidir" - Əli Əhmədovdan hökumətə çağırış
13 Mart 2026 12:27
Deputat Sabunçu rayonunun problemlərindən danışdı: "Xeyli qanunsuz evlər, obyektlər tikilib"
13 Mart 2026 12:00


Bakı -°C

