Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul etdi
Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Gaffar Gören müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.
General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Azərbaycanda hərbi attaşelik fəaliyyətini başa vuran general-mayor Soner Oruçoğlunun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
27 Mart 2026 11:54
İlham Əliyev Gürcüstan səfirliyinə getdi - FOTOLAR
27 Mart 2026 11:52
“Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünər, amma...”
27 Mart 2026 11:13
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü
27 Mart 2026 11:10
“Pekin bu müharibədə ABŞ-nin qələbəsini istəmir...” – Politoloq
27 Mart 2026 10:57
“Məhz İrandakı rejimi dəyişmək ABŞ üçün strateji hədəf olub...”
26 Mart 2026 14:28
“İran ABŞ tərəfindən gözlənilən quru əməliyyatlarına hazırlaşır”
26 Mart 2026 14:09
“Bunlar tarixən avam xalqı savadsız saxlayıb...”
26 Mart 2026 13:00


Bakı -°C

