adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Sentyabr 2022 14:46
401
DÜNYA

ZAMAN GÖSTƏRDİ Kİ, BÖYÜK VƏTƏN MÜHARİBƏSİNİ  RUSLAR UDMAYIB

Rusiyanın prezidenti Putin Ukrayna  müharibəsi ilə bağlı qismən səfərbərlik elan edib. İndi səfərbərliyə yaşı düşənlər ölkəni  tərk etməyə  çalışırlar. Moskva-İstanbul aviabileti 8 min manat, Moskva-Bakı aviabileti isə 5 min manatdır.

SSRİ də və indi onun varisi  Rusiya da çox millətli dövlətdir və bütün savaşlarda da həmin millətlər son damla qanına qədər vuruşublar. Böyük Vətən Müharibəsində Azərbaycan 400 minə yaxın şəhid verib. Bilirsinizmi onda Azərbaycanda nə qədər əhali yaşayırdı:  1,8- 2 milyon arası. O cümlədən gürcülər, ukraynalılar, belaruslar, özbəklər, qazaxlar, türkmənlər, tatarlar, başqurdlar, Sibir türkləri, Dağıstan  xalqları, çeçenlər, inquşlar. Statistikanı  araşdırsaq görərik ki, SSRİ ordusunun  yarıdan çoxunu  bu millətlər  təşkil edib.

Hələ SSRİ vaxtı hökuməti bir  problem  narahat edirdi ki, yaxın 20 ildə ordunun üçdə biri, yəni 30 faizini özbəklər  təşkil edəcək. Və Sovet  hökuməti bundan  qorxurdu.

İndi də Ukrayna ilə müharibədə Rusiya ordusu yenə çoxmillətlidir.  Ramzan Kadırova inansaq, Ukraynada 10 min çeçen əsgəri var.

İndi bu qismən səfərbərlik elanından sonra ruslar aradan çıxacaq, yenə  qırılan yuxarıda adlarını  çəkdiyim  millətlər olacaq.

Gürcüstan  sərhədində neçə kilometrlik tıxac yaranıb.  Səhər oxudum ki, daha başqa bir qonşu ölkənin (təəssüf ki, adını  unutdum) sərhədində  30 kilometrlik  tıxac yaranıb.

Amma 44 günlük müharibədən əvvəl Aprel döyuşlərində də, Tovuzda  iyul döyüşlərində də Bakıda və rayonlarda minlərlə gənc səfərbərlik elan olunmadan hərbi komissarlığın qabağına  yığışıb tələb edirdilər ki, onları könüllü olaraq cəbhəyə göndərsinlər.

Cənab prezident 44 günlük savaşda qismən səfərbərlik elan edəndə isə  yenə  on minlərlə gənc könüllü  olaraq cəbhəyə yollandı.

Dünən Moskva  televiziyası verir, iki gündür qismən səfərbərlik elan  ediblər, cəmi üç könüllü  batalyon yaradılıb. Hər batalyonda 300 əsgər götürsək, bu təxminən 1000 nəfər edir.

Ən gülməlisi nədir? Putin elan edib ki, əcnəbilər, yəni  Rusiya vətəndaşı olmayan, amma Rusiyada  yaşayan qeyri-millətlər ordu ilə birillik könüllü müqavilə bağlasa, sonra onlara Rusiya vətəndaşlığı veriləcək.

Guya Rusiya  vətəndaşlığı alman, ingilis, fransız  vətəndaşlığı kimi  bir şeydir?