30 Avqust 2024 12:59
350
GÜNDƏM

Zara Amatuni 1000 nəfər ermənini görür, 4 min azərbaycanlını yox - BQXK

“Döyüş əməliyyatları zamanı həlak olan əsgərlərin DNT analizləri ilə razılaşmayan onlarla ailə onların itkin düşənlər siyahısına daxil edilməsi xahişi ilə BQXK-ya müraciət edib”.


Adalet.az xəbər verir ki, bu barədə BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib. O bildirib ki, I Qarabağ müharibəsi zamanı da itkin düşənlər olub:
“BQXK-nın məlumatına görə, hazırda hərbi əməliyyatlar zamanı itkin düşənlərin siyahısına minə yaxın insanın adı daxil edilib. 90-cı illərdən, birinci müharibədən təxminən 700 nəfər, 2020-23-cü illərdə isə daha 300 nəfər itkin düşüb. hərəkətlərindən” .


Qeyd edək ki, Azərbaycanın yaydığı rəsmi məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb.
3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxsdir.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.


P.S. 2020-ci ildən üzü bəri erməni əsirlərin Azərbaycandan alınıb Ermənistana qaytarılmasında xüsusi canfəşanlıq göstərən Zara Amatuni təəssüf ki bu faktı deməkdən çəkinib. Əslində həmin fikri  nə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əvvəlki rəhbəri Arian Baueri səsləndirib, nə də indiki rəhbəri  Draqana Kojiçi... 

 Əntiqə Rəşid