Zaxarova Berboku ələ saldı: "Faşist babanın nəvəsi..."
Almaniya hökumətinin BMT Baş Assambleyasının 2025-2026-cı illər üçün sədri vəzifəsinə xarici işlər naziri Annalena Berbokun namizədliyini irəli sürməsi fikrinə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan reaksiya gəlib.
Adalet.az xəbər verir ki, Zaxarova Berbokla bağlı məsələyə sərt təpki göstərib. O, bildirib ki, babasının keçmişini nəzərə alsaq, Annalena Berboku BMT Baş Assambleyasının prezidenti kimi görmək qəribə olardı:"Qələbənin 80-ci ildönümündə babasının göstərdiyi “şücaət”lə fəxr edən nasist nəvəsini Baş Assambleyanın sədri görmək qəribə olardı.
2024-cü il fevralın 8-də “Bild” nəşri arxivlərə istinad edərək Almaniyanın xarici işlər naziri Valdemar Baerbokun babasının nasizm tərəfdarı olduğunu və Adolf Hitler dövründə Almaniyanın ideologiyasını tam şəkildə bölüşdüyü barədə məqalə dərc edib.
O zaman Annalena Berbok babası haqqında belə bir məlumat bilmədiyini deyib. Eyni zamanda çıxışlarında və ya İkinci Dünya Müharibəsi ilə bağlı kitablarında bunu həmişə qeyd edirdi.
Bundan əvvəl “Der Spiegel” jurnalı Almaniya hökumətinin BMT Baş Assambleyasının sədri vəzifəsinə xarici işlər naziri Annalena Berbokun namizədliyini irəli sürmək istədiyini yazıb" -deyə Rusiya rəsmisi bildirib.
Qeyd edək ki, Berbokun 2025-ci ilin iyununda seçiləcəyi və sentyabrda vəzifəsinin icrasına başlayacağı gözlənilir. BMT-nin hazırkı Baş katibi isə Kamerundan olan Filemon Yanqdır.
Əntiqə Rəşid
Digər Xəbərlər
28 Oktyabr 2026 10:31
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
28 Oktyabr 2026 10:22
İstanbulda dörd mərtəbəli bina çökdü
28 Oktyabr 2026 09:19
Tramp yenə Baydeni günahlandırdı
28 Oktyabr 2026 09:18
Netanyahunun partiyası seçkilərdə liderdir
28 Oktyabr 2026 09:15
ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
28 Oktyabr 2026 07:20
Kim Çen In ordu bölmələrini müharibəyə tam hazır olmağa çağırıb
28 Oktyabr 2026 07:14
“Hücumlar qlobal enerji təhlükəsizliyini təhdid edir”
27 Oktyabr 2026 17:47


Bakı -°C

