04 Oktyabr 2023 15:40
737
GÜNDƏM

Zaxarova ermənilərə səsləndi: "Rusiya Qarabağa qayıdanları dəstəkləyəcək"

Ermənilər yenə xəyallar aləmindədir.

Erməni mediası xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama yayıb. O bildirib ki, region sakinləri belə bir qərar qəbul edərsə, Rusiya Qarabağdan didərgin düşmüş insanların geri qaytarılması prosesini dəstəkləyəcək.
"Bizə məlumat daxil olur ki, Qarabağ sakinlərinin bir qismi geri qayıtmaq barədə düşünür", - Zaxarova bildirib.
Əgər belə olarsa, biz Azərbaycan tərəfi ilə təmaslar vasitəsilə bu prosesləri dəstəkləyəcəyik”, - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.

P.S. Utanmadan yenə Zaxarovaya və Rusiyaya inanırsınızsa, demək ki, hələ də ağlınız başınıza gəlməyib. Zaxarova və onun təmsil etdiyi dövlət elə bir problem yerinə yetirəsi olsaydı, elə bu köçün qarşısını başdan alardılar. Rusiyanı təmsil edən 8 mindən çox Rusiya hərbi kontingentin gözləri qarşısında Qarabağı tərk etdiniz... Görəsən, niyə elə o günü həmin o ruslar Ermənistana üz tutanları geri qaytarmağa cəhd etmədilər?

Əntiqə Rəşid