Zəfərimizinn altıncı ildönümü, Şuşada qardaşlıqgörüşü və Bayrağımızın əbədi dalğalanması
Bu il Zəfərimizin altıncı ildönümü Qarabağınqəlbində – Xankəndidə və Şuşada qeyd olundu. Bu, sadəcə bir ildönümü tədbiri deyil, xalqımızın tarixiədaləti bərpa etməsinin, milli birliyinin və sarsılmaziradəsinin təntənəsi idi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətini Xankəndidə, Zəfər tağının önündə səsləndirdi. Bu məkanın seçilməsiheç də təsadüfi deyildi. Bir zamanlar işğalçılıqsiyasətinin mərkəzlərindən biri olmuş Xankəndidə bugün Zəfər tağının ucalması, keçmiş icra hakimiyyətibinasında Zəfər Muzeyinin yaradılması tariximizinmühüm rəmzi məqamlarındandır. Dövlət başçısı qeydetdi ki, bu, Bakıdan sonra şanlı Zəfərimizin şərəfinəucaldılan ikinci Zəfər tağıdır. Bir vaxtlar işğalınsimvoluna çevrilmiş bir məkanda bu gün Zəfərinrəmzlərinin ucalması tarixi ədalətin təntənəsidir.
Prezidentin müraciətinin əsas qayəsi aydın vəqətiyyətli idi: Qələbəni müasir ordu quruculuğu, güclühərbi potensial, peşəkar hazırlıq, təlimlər və ən müasirtexnika təmin etsə də, bu möhtəşəm Zəfərə aparan əsasyol xalqımızın milli ruhundan, əsgər və zabitlərimizinVətən sevgisindən, sarsılmaz iradəsindən keçirdi.
Cənab Prezident xatırlatdı ki, Ermənistan işğal etdiyiərazilərdə altı-yeddi müdafiə xətti qurmuş, torpaqlarımızın hər qarışını minalamışdı. Lakin Azərbaycan əsgərinin qəhrəmanlığı, peşəkarlığı vəVətənə bağlılığı bütün bu maneələri dəf etdi. Cəmi 44 gün ərzində 300-dən çox şəhər, qəsəbə və kənd azadedildi. Nəhayət, noyabrın 9-dan 10-na keçən gecəErmənistan kapitulyasiya aktını imzalamağa məcburoldu. Beləliklə, Azərbaycan xalqı öz tarixinin ən şanlısəhifələrindən birini yazdı...İllərlə yurd həsrəti çəkəninsanların öz evlərinə, ata-baba ocaqlarına qayıtmasıZəfərimizin ən böyük mənəvi bəhrələrindəndir.
Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsinidə cəmiyyətimizi birləşdirən əsas milli ideya kimi xüsusivurğuladı. Həqiqətən də, Vətən sevgisi, milli həmrəylik, dövlətçilik ənənələrinə sədaqət və ortaq məqsədlərətrafında birləşmək xalqımızın gücünün başlıcamənbəyidir.
Zəfər Gününün əlamətdar hadisələrindən biri dəŞuşada iki qardaş ölkənin prezidentlərinin görüşü oldu. Həmin gün qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Qarabağa səfəretdilər. Füzuli Beynəlxalq Hava Limanında onlarıAzərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qarşıladılar. Şuşada yüksəksəviyyəli rəsmi qarşılanma mərasimi keçirildi.
Görüşün məhz Şuşada keçirilməsi xüsusi rəmzi mənadaşıyırdı. Çünki Şuşa xalqımızın milli yaddaşının, mədəniyyətinin, mənəvi varlığının və tarixi Zəfərininrəmzidir. Bu şəhər Azərbaycanın qürur mənbəyi olmaqlayanaşı, Azərbaycan-Türkiyə qardaşlığının da əbədiyaddaşında xüsusi yer tutur.
Birgə mətbuat konfransında Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş türkxalqının Azərbaycanın yanında olduğunu xüsusivurğulayaraq bildirdi ki, bu dəstəyi heç vaxtunutmayacağıq. Dövlət başçısı dünyada Azərbaycan vəTürkiyə qədər bir-birinə bağlı olan dövlətlərinolmadığını, bu birliyin əbədi və sarsılmaz xarakterdaşıdığını bəyan etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isəAzərbaycan xalqının Qarabağı böyük qəhrəmanlıq vəfədakarlıqla azad etdiyini qeyd edərək Ankara-Bakımünasibətlərini “sönməz məşəl” adlandırdı. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağınıbildirdi və bu qardaşlığı zəiflətmək istəyənlərin heç vaxtməqsədlərinə çata bilməyəcəyini vurğuladı.
Prezidentlərin Xocalı Soyqırımı Memorialını birgəziyarət etməsi isə səfərin mənəvi mahiyyətini daha da dərinləşdirdi. Çünki Azərbaycan-Türkiyə qardaşlığıyalnız ortaq siyasi maraqlara və strateji tərəfdaşlığadeyil, həm də ortaq tarixə, ortaq ağrılara, milli yaddaşavə sarsılmaz mənəvi bağlara söykənir.
Noyabrın 9-u həm də Dövlət Bayrağı Günüdür. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətiüçrəngli bayrağımızı dövlət bayrağı kimi qəbul etdi. Bayrağımızın mavi rəngi türklüyü, qırmızı rəngimüasirliyi və demokratiyanı, yaşıl rəngi isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara vəsəkkizguşəli ulduz bu müqəddəs dövlət rəmzinin mənəvivə tarixi məzmununu tamamlayır.
Bu bayraq tariximizin ən ağır sınaqlarından keçib. Şəhidlərimizin tabutunu bürüyüb, qəhrəmanəsgərlərimizin əlində döyüş meydanlarında dalğalanıb, azad edilən torpaqlarımızda – Şuşada, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Laçında və Xankəndidə yenidənucalıb. Hər dəfə yüksəldikcə xalqımızın qürurunu, milli iradəsini və dövlətimizin qüdrətini dünyaya nümayişetdirib. Zəfər bayrağımızın şərəfidir, bayrağımız isəZəfərimizin əbədi imzasıdır!
Zəfər qazanmaq nə qədər çətindirsə, onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə layiqincəötürmək bir o qədər böyük məsuliyyət tələb edir. Ali Baş Komandan İlham Əliyevin müraciətində səsləndirdiyiəsas mesajlardan biri də məhz bu idi: elə güclü olmalıyıqki, Azərbaycana qarşı hər hansı təhdidə yol vermək heçkimin ağlından belə keçməsin. Bu isə güclü ordu, dayanıqlı iqtisadiyyat, müstəqil xarici siyasət, milli həmrəylik və dövlətinə güvənən cəmiyyət deməkdir.
Bu gün bizə tarixi Zəfər sevincini yaşadan, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təminedən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bu böyükQələbənin qazanılmasında əvəzsiz rolu olan AzərbaycanOrdusunun qəhrəman əsgər və zabitlərinin qarşısında başəyirik. Vətən uğrunda canından keçən şəhidlərimizinəziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəmcansağlığı və uzun ömür arzulayırıq. Qələbə sevincimizibölüşən, ən çətin anlarımızda Azərbaycanın yanındaolan qardaş Türkiyəyə və türk xalqına da sonsuztəşəkkürümüzü bildiririk.
İnanırıq ki, Qarabağ və Şərqi Zəngəzur bundan sonrada sürətlə inkişaf edəcək, dağıdılmış şəhər vəkəndlərimiz yenidən qurulacaq, doğma yurdlarındandidərgin düşmüş soydaşlarımız öz ata-baba ocaqlarınaqayıdacaq, bu torpaqlarda həyatın səsi, uşaqların gülüşü, quruculuğun nəfəsi daim eşidiləcək.
Əziz xalqımız! Zəfər Günümüz və Dövlət BayrağıGünümüz mübarək olsun!
Qoy üçrəngli bayrağımız hər zaman azad səmalardaqürurla dalğalansın! Qoy Qarabağımızın hər guşəsindənyüksələn Azərbaycan bayrağı müstəqilliyimizin, birliyimizin və sarsılmaz dövlətçiliyimizin əbədi rəmziolsun!
Şəhidlərimizin qanı ilə yazılan bu Zəfər dastanı heçzaman unudulmasın! Qoy gələcək nəsillər bu böyükQələbəni yalnız tarix kitablarından oxumasın, həm dəonun yaratdığı azad, güclü və firavan Azərbaycandayaşasınlar! Yaşasın müstəqil Azərbaycan! YaşasınAzərbaycan-Türkiyə qardaşlığı! Eşq olsun MüzəffərOrdumuza! Şanlı Zəfərimiz əbədi, üçrəngli bayrağımızdaim ucalarda olsun!
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıqİnstitutunun Təhsil şöbəsininmüdiri, YAP Yasamal Rayonuüzrə ərazi təşkilatının sədri, başelmi işçi, filologiya elmləridoktoru, dosent Lalə Məzahir qızı Bayramova
Digər Xəbərlər
09 Noyabr 2026 08:14
“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir”
09 Noyabr 2026 08:13
Üçrəngli bayrağımız – milli qürurumuzun və müstəqilliyimizin rəmzidir
08 Noyabr 2026 14:58
QOL-QOLA, ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ - QARDAŞDAN DA İRƏLİ!
08 Noyabr 2026 11:28


Bakı -°C

