Zelenski Azərbaycan Prezidentinə təşəkkür edib
“Ukraynanı, bizim suverenliyimizi, dövlətlərimiz arasında mövcud olan birgə layihələri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, həmin layihələr gələcəkdə bizim münasibətlərimizi inkişaf etdirəcək”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayanaya səfəri çərçivəsində keçirilən geniş tərkibli görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bu gün biz bir neçə məsələni qaldırdıq: enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki əməkdaşlıq və sair – çoxlu məsələlər. Düşünürəm ki, aqrosənaye kompleksi məsələsi ən vacib məsələdir, ona görə ki, bu gün ərzaq təhlükəsizliyi təbabətdə təhlükəsizlik və ya dünyada prioritet olan enerji təhlükəsizliyi və müstəqillik ilə müqayisədə heç də az aktual deyil. Fikrimcə, bu birgə layihələrin başlanğıcı kimi mühüm sənədləri biz hökmən imzalayacağıq və bu layihələrin nazirliklər səviyyəsində tamamlanmasını davam etdirəcəyik.
Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər üçün vaxt tapıb. Bu, birinci səfər deyil və artıq dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil”, - V.Zelenski qeyd edib.
Digər Xəbərlər
27 Sentyabr 2026 17:05
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
27 Sentyabr 2026 13:52
Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər
27 Sentyabr 2026 13:49
Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər
27 Sentyabr 2026 13:01
“Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”
27 Sentyabr 2026 09:49
"Euronews" 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc etdi
27 Sentyabr 2026 09:36
Xarici İşlər Nazirliyi bəyanat yaydı
26 Sentyabr 2026 20:10
Heç bir ölkə müharibələrdən sığortalanmayıb - Səxavət Məmməd yazır
26 Sentyabr 2026 19:45


Bakı -°C

