Zelenski Britaniya kralı III Çarlzla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Böyük Britaniya kralı III Çarlzla görüşəcək.
Adalet.az “BBC”yə istinadən xəbər verir ki, bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib.
O bildirib ki, Zelenski martın 2-də Londonda kral və Kiyevin bir qrup avropalı müttəfiqi ilə görüşəcək.
Ukrayna və Britaniya tərəfləri arasında görüşün dəqiq harada keçiriləcəyi açıqlanmayıb.