Zelenski bu ölkəyə səfərini təxirə saldı
Ukrayna Prezidenti Vladimir Zelenskinin Cənubi Afrika Respublikasına (CAR) səfəri aprelin 10-dan aprelin 24-nə təxirə salınıb.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə CAR prezidentinin mətbuat katibi Vinsent Maqvenya məlumat yayıb.
"Zelenskinin səfəri onun şəxsi xahişi və hazırkı qrafiki ilə əlaqədar Ukrayna hökumətinin istəyi ilə 24 aprel 2025-ci il tarixinə dəyişdirilib", - sözçü bildirib.
Maqvenya əlavə edib ki, CAR-ın Ukraynadakı münaqişəni həll etmək istəkləri ABŞ-ın mövqeyi ilə üst-üstə düşür.
Mətbuat katibi eyni zamanda qeyd edib ki, Zelenskinin səfəri sülh prosesini dəstəkləmək və ölkələr arasında ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.
Digər Xəbərlər
30 Sentyabr 2026 12:10
"ABŞ və İsrail İranda daxili parçalanma yaratmağa çalışırlar" - Pezeşkian
30 Sentyabr 2026 11:17
"Yəqin ki, Kim Çen Inın sevdiyi yeganə insanam" - Tramp
30 Sentyabr 2026 11:08
Tramp: "İranın hələ təslim olub-olmayacağını bilmirəm"
30 Sentyabr 2026 11:04


Bakı -°C

