Zelenski İlham Əliyevi TƏBRİK ETDİ
Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Ukrayna Prezidenti dövləti başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.
Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Digər Xəbərlər
04 Mart 2026 18:50
Şahin Mustafayev Fərzanə Sadiqlə DANIŞDI
04 Mart 2026 17:04
ABŞ-İsrail-İran müharibəsi: İran ətrafında əslində nə baş verir? - Səxavət Məmməd yazır
04 Mart 2026 14:16
Enerji təhlükəsizliyində yeni mərhələ
04 Mart 2026 14:02
Rusiya Azərbaycana yenidən təşəkkür etdi
04 Mart 2026 13:32
Gənc istedadlara xüsusi təqaüdlər verildi - SƏRƏNCAM
04 Mart 2026 13:14
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTOLAR
04 Mart 2026 12:06
“Çin İrana 400 milyard dollar civarında yatırım qoymalı idi, amma...”
04 Mart 2026 11:07


Bakı -°C

