Zelenski Makronu "Azadlıq" ordeni ilə təltif edib
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronu "Azadlıq" dövlət ordeni ilə təltif edib.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna lideri Parisdə fransalı həmkarı ilə görüşün yekunları ilə bağlı sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər daha çox Makronun şəxsi səyləri sayəsində strateji səviyyəyə çatıb.
Zelenski, həmçinin bildirib ki, tərəflər cəbhədəki vəziyyəti, Ukraynanın hava hücumundan müdafiəni gücləndirmək ehtiyaclarını, eləcə də raket hücumundan müdafiə və istəklilər koalisiyalarının iclasları ərəfəsindəki prioritetləri müzakirə ediblər.
"Biz cəbhədəki vəziyyəti və vətəndaşların Rusiya hücumlarından qorunmasında Ukraynanın ehtiyaclarını ətraflı müzakirə etdik. Ukraynanı gücləndirmək, hava hücumundan müdafiə sistemimizi möhkəmləndirmək və Avropanın raket hücumundan müdafiə sisteminin inkişafını sürətləndirmək vacibdir. Fransanın bu işdə kömək edə biləcək lazımi imkanları və qabaqcıl texnologiyaları var. Biz müttəfiqlərimizlə birlikdə bu istiqamətdə işləyəcəyik", - o əlavə edib.
Digər Xəbərlər
13 Iyul 2026 21:57
Knesset həmin layihə üzrə səsverməni - Dayandırdı
13 Iyul 2026 21:51
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı geniş kampaniyaya başlayır
13 Iyul 2026 21:43
Avropada misli-görülməmiş istilər - 10 mindən çox ölüm halı
13 Iyul 2026 20:52
Taylandda gecə klubunda dəhşətli yanğın - 27 ölü, 63 yaralı
13 Iyul 2026 20:24
Trampdan təklif: Qrehemin vəzifələrini o icra etsin!
13 Iyul 2026 20:00
"Tehran heç bir halda icazə verməyəcək" - İrandan Hörmüzlə bağlı xəbərdarlıq
13 Iyul 2026 19:50
Ərdoğan: Bölgədə sülhün qorunması üçün Trampla çalışmağa davam edəcəyik
13 Iyul 2026 19:00


Bakı -°C

