adalet.az header logo
  • Bakı -°C
13 Iyul 2026 19:00
67
DÜNYA
A- A+

ABŞ yenidən İrana qarşı dəniz blokadasına başlayır - FOTO

ABŞ İrana qarşı dəniz blokadası tətbiq edir.

Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb. O bildirib ki, Tehran bütün regionu müharibəyə qərq etməklə hədələyir.

Prezident Donald Trampın sözlərinə görə, digər ölkələr Hörmüz boğazında sərbəst şəkildə üzmək hüququna malikdirlər.

Lakin ABŞ oradakı gəmiçiliyə nəzarət etmək və boğazdan daşınan yüklərə 20% vergi tətbiq etmək istəyir.

Bir müddət əvvəl İran ordusu ABŞ-nin Hörmüz boğazında gəmiçiliyə müdaxilə etməsinə icazə verməyəcəyini bildirmişdi.

Tehran ticarət gəmiçiliyinin hər hansı bir pozuntusunun qarşısını qətiyyətlə alacağına söz vermiş və qonşu ölkələrə Vaşinqtonla hər hansı bir əməkdaşlığın İranın milli təhlükəsizliyinə təhdid hesab ediləcəyi barədə xəbərdarlıq etmişdi.

Bəyanatda deyilirdi: "Əgər müharibə genişlənərsə... müharibə alovu regiondakı bütün ölkələri bürüyəcək".