01 Mart 2025 22:35
1427
DÜNYA

Zelenski Starmerlə görüşdü - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.

Adalet.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, Zelenski Ukraynaya dəstək üçün Avropa liderlərinin sammitində iştirak edəcək.

Onun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

21:36

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşəcək.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Martın 2-də isə Ukrayna lideri Kral III Çarlz tərəfindən qəbul ediləcək.

Bundan əvvəl məlum olub ki, Zelenski Ukraynaya dəstək üçün Avropa liderlərinin sammitində iştirak edəcək.