Zəngəzurun cazibəsi: İrandan sonra Fransa konsulluq açır, Rusiya hazırlaşır...
Erməni mediası bildirir ki, Rusiya 2023-cü ildən Sünikdə konsulluq açmağa çalışarkən, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə bu prosesi əngəllədiyi bir vaxtda Fransanın bir neçə ay əvvəl dilə gətirdiyi istəyi yaxın günlərdə reallaşacaq.
Adalet.az xəbər verir ki,Fransanın aylar əvvəl dilə gətirdiyi istəyi – Ermənistanın Zəngəzur bölgəsində konsulluq açmaq niyyəti yaxın günlərdə baş tutacaq.
“İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünikdə (Zəngəzur-red.) Fransa konsulluğunun açılış mərasimi keçiriləcək”, - deyə “Hraparak” yazıb.
Məlumata görə, QHT sədri Karmen Apuntsun konsul təyin olunacağı gözlənilir.
Ekspertlər “Fransanın Sünikdəki konsulluğunun kollektiv Qərbə xidmət edəcək ciddi hərbi, kəşfiyyat məqsədi daşıyacağı” fikrini ifadə ediblər.
Xatırladaq ki, cəlbedici Zəngəzur vilayətinin Qafan şəhərində hələ 2022-ci ildə İranın Baş Konsulluğunun açılış mərasimi keçirilib. Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov isə 2024-cü ildə mediaya bildirmişdi ki, yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırırıq .
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

