Zəngilanda yanğın törədən şəxs müəyyən edildi

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə Adalet.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.
Digər Xəbərlər

Geomaqnit qasırğası olacaq

Lənkəranda yanğın törədən şəxs saxlanılıb

Siyəzəndə FACİƏ: İynə vurulan 1 aylıq körpə öldü

İntihar edən əsgərin cibindən məktub çıxıb... - TƏFƏRRÜAT

Cəlilabadlı qadın kəndə hücum edən çaqqalı əlləri ilə öldürdü - VİDEO

İsmayıllıda maşın körpüdən aşıb yandı - Yaralılar var+ VİDEO

Tbilisi İdman Sarayının yaxınlığında yanğın oldu - VİDEO
