Kreml Bakıya qarşı bunu da etdi: nələr yaşanır? – VİDEO
AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramının aparıcısı və müəllifi Rövşən Məmmədov Rusiyanın Azərbaycana qarşı atdığı aqressiv addımı şərh edib:
“Hər bir dövlət qlobal bazarlara çıxmaq üçün yollar axtarır və sahib olduğu məhsulu təqdim edir. Burada Prezidentin də vurğuladığı kimi, biznes maraqları ön plana keçir. Ancaq bəzi mərkəzlər hadisələrin fərqli analizini apararaq atılan addımların arxasında çirkin niyyətlərin durduğunu iddia edir. Lap bu günlərdə Azərbaycan qazının Bolqarıstan və Rumıniyadan keçməklə Ukraynaya test məqsədilə nəql olunması kimi... Əslində, bu hadisə Bakının energetik təsir zonasının genişləndiyi anlamını daşıyır, ancaq Rusiya mediası, Konstantin Zatulinə bənzər şovinistlər Azərbaycanı düşünülmüş şəkildə Rusiya maraqlarına zidd qərarlar almaqda günahlandırır, bununla da Bakı-Moskva münasibətlərində çatları qalınlaşdırmağa çalışır.”
Rövşən Məmmədov onu da qeyd edib ki, avqustun 8-ə keçən gecə Rusiya tərəfindən SOCAR-a məxsus Odessa vilayətindəki yanacaq anbarına 5 “Şahed” kamikadze dronu ilə zərbələrin endirilməsi Azərbaycanın müstəqil xarici siyasətinə və Qərblə artan əməkdaşlığına verilən sərt reaksiyanın göstəricisi kimi qiymətləndirilə bilər.
Digər Xəbərlər
17 Iyun 2026 19:00
Ukraynadan unikal "Aşan" əməliyyatı: 800 zirehli texnika məhv edildi
17 Iyun 2026 18:50
Rusiya Ukraynanın itkilərini yenilədi
17 Iyun 2026 18:32
Yaşar Güler NATO-nun toplantısında iştirak etmək üçün Brüsseldə səfərdədir
17 Iyun 2026 18:26


Bakı -°C

