Prezident Administrasiyasında Ümid Partiyasının sədri ilə görüş keçirilib
İyunun 17-i Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşüb.
Görüş zamanı Azərbaycan Ümid Partiyasının fəaliyyəti, ölkədə aparılan şaxəli islahatlar, “Böyük qayıdış” Dövlət proqramı çərçivəsində görülən işlər, Azərbaycan dövləti müstəqillik yolunda rastlaşdığı çətinliklər, habelə dünya və regionda müasir dövrdə cərəyan edən mürəkkəb proseslər geniş şəkildə müzakirə olundu. Bildirilib ki, formalaşmaqda olan yeni siyasi konfiqurasiya çərçivəsində siyasi partiyaların inkişafına yönəlmiş dövlətin institusional və normativ təşəbbüsləri sayəsində partiyaların məhz demokratik siyasi təsisat kimi fəaliyyət göstərmələri üçün münbit mühit yaradılıb.
Xüsusilə vurğulanıb ki, siyasi partiyaların sərbəst fəaliyyəti üçün lazımi şəraitin mövcudluğu bilavasitə ali siyasi iradənin təzahürüdür. Zamanında məhz cəmiyyətin parçalanması üçün istifadə olunan Partiyalar bu gün siyasi və milli birliyin əsas elementinə çevrilib. Qeyd olunub ki, siyasi dialoqla bağlı olan bütün layihələr eyni zamanda Azərbaycanın milli dövlətçilik ənənələrinin dərinləşməsinə xidmət edir. Partiyalar aktiv iştirak etdikləri siyasi dialoq mühiti həm də ki, milli maraqlar naminə cəmiyyətdə olan potensialın səfərbər olunmasını mümkün edir.
Fikir mübadiləsi çərçivəsində həmçinin sosial şəbəkələrdə vaxtaşırı şəkildə aparılan qərəzli informasiya manipulyasiyalar ilə mübarizədə siyasi partiyaların aktiv mövqeyi də təqdir olunub. Bildirilib ki, Azərbaycan ilə əlaqədar obyektiv məlumatların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması strateji vəzifədir və bu məsələdə Partiyaların beynəlxalq əməkdaşlıq əlaqələrindən istifadə olunmalıdır.
Görüş zamanı həmçinin həmrəylik mühitinin qorunmasında partiyaların rolu vurğulanıb. Milli həmrəyliyin müstəsna əhəmiyyətini vurğulayan Partiya sədri bildirib ki, son bir neçə il ərzində siyasi partiyalar sahəsində yığılmış müsbət təcrübə mütləq olaraq inkişaf etdirməli və bu məsələdə Azərbaycan Ümid partiyası daim yaxından iştirak etməyə hazırdır. Prezident Administrasiyasının rəsmisi görüşün sonunda demokratik vərdişlərin, həmçinin dövlət və cəmiyyətin inkişafına xidmət edən bütün təşəbbüslərdə Azərbaycan Ümid Partiyasına uğurlar arzulayıb.
Digər Xəbərlər
22 Iyul 2026 20:24
Dünya mediası Prezidentin Almaniya səfərindən yazır - FOTOLAR
22 Iyul 2026 19:38
Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi haqqında Saziş imzaladı - FOTOLAR
22 Iyul 2026 17:28
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
22 Iyul 2026 16:04
Prezident Fərman imzaladı
22 Iyul 2026 13:15
“Ordumuzu, vətənimizi ələ salan biri indi çox rahatca deyir ki...”
22 Iyul 2026 11:46
"Mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - Hikmət Hacıyev
22 Iyul 2026 08:31
“Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur”
21 Iyul 2026 22:28


Bakı -°C

