Zərdabda avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var
Zərdabda 1 nəfərin ölümü, 1 nəfərin ağır bədən xəsarəti alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az xəbər verir ki, hadisə şəhərin S. Abdullayev küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107' markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobilin sürücüsü Qaravəlli kənd sakini, Əmrah adlı şəxs ağır bədən xəsarətləri alaraq Göyçay şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Avtomobildə olan sərnişin - Raul Əziz oğlu Əliyev aldığı xəsarətlərdən həyatını itirib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər
27 Oktyabr 2026 13:06
Siyəzəndə qadın boğularaq öldürüldü - Qohumu saxlanıldı
27 Oktyabr 2026 09:56
Türkiyədə Azərbaycanın "arzuolunmaz" elan etdiyi şəxs saxlanıldı
27 Oktyabr 2026 09:00
Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
26 Oktyabr 2026 17:51


Bakı -°C

