"Zirə" Konfrans Liqası ilə vidalaşdı
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.
Adalet.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də bu gün növbəti sınağına çıxıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" Sumqayıtda "Payde" ilə cavab görüşünə çıxıb. Tərəflər hərəyə 1 dəfə fərqləniblər. Ötən həftə Estoniyada baş tutan ilk oyunda 0:1 hesabı ilə qalib gələn "Payde" adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, "Payde" 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün güclüsü ilə üz-üzə gələcək.


Bakı -°C

