25 Iyul 2024 11:51
272
İDMAN

“Zirə” Slovakiya klubu ilə üz-üzə gələcək

Azərbaycan Premyer Liqasının vitse-çempionu “Zirə” növbəti avrokubok oyununu keçirəcək.

Adalet.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçına çıxacaq.

Avropa Liqası ilə erkən vidalaşan Bakı klubu qitənin üçüncü dərəcəli klub turnirinə ev görüşü ilə başlayacaq. Təmsilçimiz Slovakiyanın “Dunayska Streda” klubunu sınağa çəkəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
20:30. “Zirə” – “Dunayska Streda” (Slovakiya)
Baş hakim: İvo Torres (Lüksemburq)
Dalğa Arena