Zoğalbulağın Alban məbədi, yoxsa, Traxtikin Qriqor Narekatsi kilsəsi? - ARAŞDIRMA
Ermənilərin qondardığı yalan və saxtakarlıqların sayı o qədər çoxdu ki, yazıb bitirmək mümkün deyil. Bu günkü məqaləni sizə təqdim etməmişdən əvvəl maraqlı bir “saxtakarlıq” haqqında məlumat verəcəyik.
Deməli, Qafqaza 1813-1828-ci illərdə çar Rusiyası tərəfindən köçürülən ermənilərin iddiasına görə, tarixdə Qriqor Narekatsi
adlı erməni mistik və lirik şair, rahib və ilahiyyatçı yaşayıb. Sayıqlamalara görə, 951-ci ildə xəyal ürünü olan “böyük Ermənistan”ın 8-ci vilayəti olan Vaspurakan əyalətində doğulub, 1003-cü ildə ölüb. Qısa adı Narek olan bu filosofa, guya erməni Apostol və Katolik Kilsələrində müqəddəs kimi hörmət edilirmiş.
Əslində Narek təxəyyül məhsulu deyil, konkret şəxs olsa belə, onun haylarla heç bir əlaqəsi olmamalıdır. Bu fikri dilçi-alim, filologiya elmləri doktoru. İlhami Cəfərsoy və bir sıra tədqiqatçı, araşdırmaçı və tarixçilər də təsdiq edib.
Ermənilər üçün gerçəyin, həqiqətin bir anlamı varmı? Xeyir.
Bu mövzuda o qədər yalan- saxtakar hekayələr düzüb –qoşublar ki, hətta 2013-cü ildə Roma papası seçilən Papa Fransiskin ilk işlərindən biri “erməni illahiyyatçı filosof” haqqında danışmaq olub:” Narekatsi Qriqori (Qriqoriy Narekatsi) poeziya və nəsri birləşdirərək, erməni “ədəbiyyatının və mənəviyyatının” zirvəsinə çatıb”.
Bir sözlə,Qriqor Narekatsi 2015-ci ildə Papa Fransisk tərəfindən Kilsənin Doktoru elan edilib.
Hazırda Ermənistanda müqəddəs Qriqor Narekatsinin adını daşıyan 3 kilsə var: Vaqaşenidə , Vanadzorda və Armavirdə .
Ermənilər Qarabağı işğal etdikdən sonra Qriqor Narekatsinin adını Qarabağda da “əbədiləşdirməyə" girişdilər və
Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində yerləşən Zoğalbulaq kəndini seçdilər.
Zoğalbulağın adı işğal dövründə dəyişdirilərək Traxtik kəndi edilir. Kənddə qədim bir məbəd- monastır olub.Tarixçilər yazır ki, monastırın üzərindəki kitabənin mətnindən məlum olur ki, buradakı qədim kilsə 1742-ci ildə Dizaq məliyi Məlik Yeqanın təşəbbüsü ilə bərpa edilib:" Kilsədə hər il Merac bayramı keçirilirdi. Buradakı dağın zirvəsində ağ daşdan başdaşı olan müqəddəs Yaqubun qəbir yeri olduğunu yazır. Xalq arasında Kavak piri olaraq bilinən bu ziyarətgahda qədim xaçdaş və qəbir daşı vardı.
Qədim monastır kompleksindən dövrümüzə çatan yeganə tikili Müqəddəs Məryəm kilsəsidir. Kilsə vaxtilə böyük monastır kompleksinin mərkəzi olub və yadellilər tərəfindən qarət edilərək dağıdılıb. Vaxtilə monastır möhkəm qala divarına, rahib hücrlərinə və zəvvarlar üçün xüsusi otaqlara malik olub. Kilsə XIX əsrdə artıq xarabaya çevrilib.
Erməni mediasındakı məqalələrdən məlum olur ki, işğaldan sonra ərazidə məskunlaşan ermənilər məbədin 1516-ci ildə tikildiyini iddia edərək, Narekavank və ya Nrneqavank kilsəsi adlandırıblar. Ermənilər dünya ictimaiyyətini öz yalanlarına inandırmaq üçün kilsənin içərisində, şimal divarının mərkəzi parapetində memar və tələbələrin “ xatirə yazısı“ qoyublar:“Müqəddəs kilsə Qırğızıstan Respublikasının Yohan Vardpet və Xaçator etiqadçılarının xatirəsinə tikilmişdir”. Ermənilər məbədin bütün mümkün yerlərinə öz xaçkarlarını yerləşdirə biliblər.
Hazırda isə dünyaya “ məhv edilən qədim erməni irsi” yalanlarını sırımaqdadırlar. Zoğalbulaq kəndinin adını Traxtikə dəyişib, ərazisindəki qədim Alban məbədini Müqəddəs Qriqori Narekavank kilsəsi edən ermənilər bu günlərdə onu da UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına erməni irsi kimi saldırarlarsa, təəccüblənmərik. Çünki, Azərbaycan tərəfi bununla çoxdan məşğul olmalı, əlaqədar beynəlxalq təşkilatlara lazımı məlumatlar çatdırmalıdırlar.
Yoxsa , bu məbədə də Tatev monastır kompleksinə baxdığımız kimi acılar içində baxmağa məcbur olarıq. Xatırladaq ki, Tatev monastır kompleksi Zəngəzurun Qarakilsə nahiyəsinin Gorus şəhərinin yaxınlığında, Oxçu çayının sahilində yerləşir. Monastır Tatev kəndi yaxınlığındakı böyük bazalt qayanın üzərində inşa olunub. Adı Moisey Kalankatuklunun “Alban tarixi” əsərində çəkilən bu monastır XI əsrdə alban monastırı kimi tikilib, sonradan erməniləşdirilib. YUNESKO-nun Ümumdünya İrs Siyahısına erməni mədəni irsi kimi salınmaq üzrədir.
Təhlükə böyükdür!
Əntiqə Rəşid