Laçında "MDB-nin Mədəniyyət Paytaxtı – 2025"in bağlanış mərasimi keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində "MDB-nin mədəniyyət paytaxtı – 2025" in rəsmi bağlanış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, əvvəlcə rəsmi nitqlər olub.
Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-yə üzv dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Tahir İksanov, Milli Məclisin deputatı Polad Bülbüloğlu və mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışlarında mədəniyyət paytaxtı ili çərçivəsində və gələcəkdə görülən işlərdən, əməkdaşlıq platformalarından danışıblar.
Qeyd olunub ki, geridə qalan bir il MDB ölkələri üçün mədəni-humanitar əməkdaşlıqlarla yadda qalıb.
Rəsmi nitqlərin ardınca tədbir bədii hissə ilə davam etdirilib.
Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci il üçün "MDB-nin Mədəniyyət Paytaxtı" elan edilib.
Digər Xəbərlər
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10
Xocalı: Unudulmaz yaddaşın musiqi ilə danışdığı axşam
25 Fevral 2026 18:50


Bakı -°C

